Petr Çex italyanların hədəfində
10.04.2015 - 02:25
Petr Çex italyanların hədəfində

Maliyyə səbəbindən qapıçısı Samir Handanoviçi satmağı planlaşdıran “İnter” onun yerinə əvəzləyici tapmağa başlayıb. Apasport.az saytı italyan mətbuatına istinadən xəbər verir ki, əsas çərçivə qoruyucusu kimi Petr Çex Milan klubuna cəlb oluna bilər.  

 

Çex hazırda “Çelsi”nin şərəfini qoruyur. Komandasında uzun illər əsas qapıçını indi daha perspektivli, belçikalı Tibo Kurtua əvəzləyir.

 

Qeyd edək ki, Çexiya yığmasının üzvü ilə bir çox klublar, o cümlədən “Beşiktaş” da maraqlanır. Qapıçı, 2004-cü ildən “zadəganlılar”ın çərçivə qoruyucusudu.