Petr Çex yeni klubu ilə anlaşdı
19.06.2015 - 08:26
Petr Çex yeni klubu ilə anlaşdı

“Çelsi”nin qapıçısı Petr Çex, nəhayət ki, seçim edə bilib. Apasport.az saytı xəbər verir ki, Avropanın bir neçə klubundan təklif alan çexiyalı qolkiper Londonda qalmağı məsləhət bilib.

 

Amma o, gələn mövsümdən “Çelsi”nin yox, “Arsenal”ın formasını geyinəcək. 33 yaşlı qolkiper “toplçular”la ilkin razılıq əldə edib. “Arsenal” bu keçid üçün qarşı tərəfə həmçinin 10 milyon funt-sterlinq təklif edib. “Zadəganlar”ın sahibi Roman Abramoviç də bu transferə qarşı olmadığını söyləyib. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir.

 

Qeyd edək ki, “Arsenal” Çexi heyətinə qata bilsə, “Fənərbaxça”nın maraq dairəsində olan David Ospina ilə yollarını ayıracaq.