“Çelsi”nin qapıçısı Petr Çexə təkliflər gəlməkdə davam edir. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, çexiyalı qolkiper gələn mövsümü də Premyer Liqada keçirə bilər.
“Arsenal”, “İnter”, “Roma” və “Beşiktaş”dan sonra indi də “Mançester Yunayted” ulduz futbolçunun keçidində maraqlı olduğunu bəyan edib. David De Xeanın “Real”a keçmə ehtimalını nəzərə alan “mankunianlar” bu boşluğu məhz Çexlə doldurmaq niyyətindədi. İngilis klubunun qapı xətti üçün ikinci namizədi isə “Tottenhem”li Uqo Llorisdi.
Qeyd edək ki, “Çelsi” artıq Petr Çexə özünə yeni klub axtarmaq tapşırığı verib.