Azərbaycan çempionatının 2015/16-cı illər mövsümü Topaz Premyer Liqası adlandırılacaq. Apasport.az saytının məlumatına görə, “Topaz” şirkəti və Peşəkar Futbol Liqası rəhbərliyi arasında aparılan danışıqlar müsbət nəticələnib.
Tərəflər ölkə çempionatının sponsorluğu ilə bağlı yeni müqavilə imzalayıb. “Topaz”ın Premyer Liqaya sponsorluq müddəti 1 il artırılıb. Bununla da ötən mövsüm başa çatandan sonra sponsorsuz qalan çempionat bir neçə mövsümlərarası fasilədəki qısa dövrdən sonra yenidən Topaz Premyer Liqası adını qaytarıb.
Qeyd edək ki, “Topaz” 3 mövsümdü ki, Premyer Liqanın sponsorudur.
Mənbə: pfl.az