Pirlo Avstraliyaya köçə bilər
09.06.2015 - 08:45
Pirlo Avstraliyaya köçə bilər

“Yuventus”un təcrübəli futbolçusu Andrea Pirlo karyerasını Avstraliya çempionatında davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçinin “Sidney” klubuna keçmək variantı yaranıb.

 

Pirlo adıçəkilən klubun rəhbərliyi ilə bu gün görüşüb, danışıq aparacaq. Tərəflər razılaşacaqları halda, Pirlo Avstraliyaya köçməli olacaq.

 

Pirlo ilə ABŞ-ın “Nyu-York Siti” klubu da danışıq aparır.