Piter Krauç “başını işlədib” rekord qırdı
24.05.2015 - 23:45
“Stok Siti”nin hücumçusu Piter Krauç “Liverpul”la matçda sonuncu qolu vuraraq oyunun nəticəsini elan etmişdi. Apasport.az saytının məlumatına görə, bu qol ucaboy hücumçunun Premyer Liqa tarixində başla vurduğu 47-ci qol olub.
Bu nəticə ilə Krauç 46 qol vurmuş Alan Şireri keçərək mütləq rekordçu olub.
0
0