Polşa yığmasının futbolçusu: Azərbaycandan təklif maliyyə baxımından sərfəli idi
21.07.2014 - 16:26
Polşa yığmasının futbolçusu: Azərbaycandan təklif maliyyə baxımından sərfəli idi

“Azərbaycandan təklif almışam”. Apasport.az xəbər verir ki, bu sözləri Polşanın “Şlyonsk” klubunun müdafiəçisi Pyotr Çeleban deyib.

 

O, Azərbaycan klublarından təklif aldığını, lakin ölkəmizə gəlməyin ailəsi üçün uyğun olmadığını bildirib: “Maliyyə baxımından yaxşı, sərfəli təklif idi. Amma ora getmək ailəm üçün uyğun deyildi. Həm məsafə uzaqdır, həm də mənim üçün başqa təkliflər daha maraqlı idi. Xorvatiya və İtaliya klublarından da məni heyətə qatmaq istəyənlər var idi. Amma “Şlyonsk” ən uyğun variant oldu. Bura gəldiyim üçün özümü xoşbəxt hiss edirəm”.

 

Qeyd edək ki, karyerası ərzində “Poqon”, “Korona” və Rumıniya “Vasluy”unda da çıxış edən Çeleban Polşa millisində 10 oyun keçirib.

0