Poqba “Real”la oyunu buraxacaq?
01.05.2015 - 12:28
Poqba “Real”la oyunu buraxacaq?

“Yuventus”un aparıcı futbolçusu Pol Poqbanın taleyinə aydınlıq gəlib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, fransalı yarımmüdafiəçi Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”la ilk oyunu buraxacaq.

 

Hazırda zədədən əziyyət çəkən Poqba ən yaxşı halda gələn həftənin ortalarında kollektivlə birlikdə məşqlərə qatılacaq. “Yuventus” isə “Real”la ilk matçı mayın 5-də keçirəcəyindən, Poqba həmin görüşü buraxacaq. Lakin 22 yaşlı futbolçunun cavab görüşünə yetişəcəyi açıqlanıb.

 

Qeyd edək ki, “Yuventus”la “Real” arasında cavab oyunu mayın 13-də Madriddə baş tutacaq.