Poqba PSJ-nin fantastik təklifini qəbul etmədi
06.05.2015 - 17:23
Poqba PSJ-nin fantastik təklifini qəbul etmədi

“Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqba ölkəsinə qayıtmaq istəməyib. Apasport.az saytının məlumatına görə, gənc futbolçu PSJ-nin fantastik təklifini geri çevirib.

 

Parislilər Poqbaya ildə 15 milyon avro məvacib ödəməyə hazır olsalar da, 22 yaşlı xavbek razılıq verməyib. Poqba “Yuventus”da bundan 3 dəfə aşağı maaş alır.

 

İstənilən halda, Fransa yığmasının üzvünün “Yuventus”da çox qalacağı inandırıcı görünmür. İstedadlı futbolçunun PSJ ilə müqayisədə daha adlı-sanlı kluba keçmək istədiyi bildirilir.

 

Qeyd edək ki, Poqba ilə “Real”, “Barselona”, “Çelsi” və “Mançester Siti” klubları da danışıq aparırlar.