Portuqaliyalı futbolçu “Fənərbaxça” ilə anlaşdı
20.06.2015 - 21:23
Portuqaliyalı futbolçu “Fənərbaxça” ilə anlaşdı

“Mançester Yunayted”in portuqaliyalı futbolçusu Luiş Nani “Fənərbaxça”ya keçməyə çox yaxındı. Apasport.az saytının Lig.tv-yə istinadən məlumatına görə, yarımmüdafiəçi artıq klubla şəxsi müqavilənin detallarını razılaşdırıb.

 

“Sarı bülbüllər” “Mançester Yunayted”lə razılaşmağa çalışırlar. İddiaya görə, türklər “qırmızı şeytanlar”a keçid üçün 8 milyon avro təklif ediblər.

 

Xatırladaq ki, ötən mövsümü icarə əsasında “Sportinq”də keçirmiş 28 yaşlı futbolçunun 27 matçda forma geyinmək imkanı olub, bu oyunlarda o, 7 dəfə fərqlənib.