Portuqaliyalı ulduz "Trabzonspor"a keçir
30.04.2015 - 21:51
Portuqaliyalı ulduz "Trabzonspor"a keçir

“Trabzonspor”  “Zenit”də forma geyinən Dani ilə ilkin razılığa gəlib. Apasport.az saytının məlumatına görə, Qara dəniz klubu portuqaliyalını transfer etmək yolunda inamlı addım atıb.

 

 

Türkiyə mətbuatında yer alan xəbərlərə əsasən, mövsüm sonunda Rusiya təmsilçisi ilə müqaviləsi bitsə də, Dani indidən komandası ilə yollarını ayırmaq fikrindədi. 2008-ci ildən Sankt-Peterburqda klubunda top qovan oyunçu ilə bir çox komanda maraqlanıb. Az əvvəl isə məhz “Beşiktaş” portuqaliyalını rənglərinə bağlamaq üçün çalışırdı.
 

 

Qeyd edək ki, “Zenit” futbolçunu 30 milyon avroya Moskvanın “Dinamo” klubundan rənglərinə qatıb. Dani cari mövsümdə komandasının heyətində 24 oyuna çıxıb, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.