Premyer Liqa çempionundan Bundesliqaya
26.05.2016 - 01:01
Bundesliqa təmsilçisi "Hoffenhaym" "Lester"in hücumçusu Andrey Kramariçin transfer hüququna yiyələnib. Apasport.az saytının məlumatına görə, bu barədə klub xəbər yayıb.
Almanlar Xorvatiya millisinin üzvü ilə 4 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Kramariç 2015/16 mövsümünün ilk dövrəsini "Lester"də keçirib. 24 yaşlı hücumçu mövsümün ikinci dövrəsində "Hoffenhaym"a icarəyə verilmiş, burda keçirdiyi 15 oyunda 5 qola imza atmışdı.
0
0