Premyer Liqa futbolçusunun qanında narkotik aşkarlandı
15.05.2015 - 19:55
İngiltərə Premyer Liqasında çıxış edən “Hall Siti”nin yarımmüdafiəçisi Ceyk Livermor xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının ingilis mətbuatına istinadən məlumatına görə, futbolçunun “Kristal Pelas”la oyundan sonra verdiyi analizdə qanında kokoin aşkarlanıb.
Hələlik yarımmüdafiəçinin hansı müddətə cəzalanacağı bəlli deyil, ancaq ingilis futbolçunun mövsümün sonuna kimi oynamayacağı dəqiqləşib.
0
0