Premyer Liqa klubunda yeni baş məşqçi
11.03.2016 - 18:15
Premyer Liqa klubunda yeni baş məşqçi

“Nyukasl”ın baş məşqçisi Stiv Maklaren istefaya göndərilib. Apasport.az saytı xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxış etməsidi.

 

Ötən ilin yayında bu posta gətirilən Maklarenin rəhbərliyi altında “sağsağanlar” biabırçı mövsüm keçirirlər. Hazırda turnir cədvəlində 19-cu pillədə qərarlaşan Premyer Liqa təmsilçisi, nəhayət ki, Maklarenlə yollarını ayırıb.

 

“Nyukasl”ın yeni baş məşqçisinin adı da artıq məlumdu. Klub rəhbərliyi cari mövsümün əvvəlində “Real”ı çalışdıran və uğursuz nəticələrdən sonra postundan ayrılmış Rafael Beniteslə anlaşıb.

 

Qeyd edək ki, Rafael Benites məşqçilik karyerasında İngiltərədə “Liverpul” və “Çelsi” klublarını çalışdırıb.