Rusiyanın ən yaxşısı - braziliyalı! - FOTO
16.06.2015 - 18:56
Rusiya Premyer Liqasında çıxış edən futbolçular ötən mövsümün ən yaxşı oyunçusunu müəyyənləşdiriblər. Apasport.az saytının məlumatına görə, “Sport Ekspress” nəşrinin apardığı sorğu nəticəsində Premyer Liqa iştirakçısı 16 komandanın üzvləri çempion “Zenit”də çıxış edən braziliyalı Halkı mövsümün ən yaxşısı hesab ediblər.
İkinci yeri ÇSKA-nın üzvü Roman Yeremenko, üçüncülüyü isə “Zenit”in yarımmüdafiəçisi Danni qazanıb.
Xatırladaq ki, Halk geridə qalan mövsümdə Premyer Liqada çıxdığı 30 oyunda 15 dəfə fərqlənərək Rusiya çempionatının bombardiri olub.
0
0