Premyer Liqanın gənc ulduzu “Borussiya”nın hədəfində
18.04.2016 - 19:36
Premyer Liqanın gənc ulduzu “Borussiya”nın hədəfində

"Everton"un və Belçika millisinin hücumçusu Romelu Lukaku növbəti mövsümdən Bundesliqada top qova bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Almaniya mətbuatı xəbər yayıb.

 

Həmkarlarımızın iddiasına görə, "Borussiya" 22 yaşlı forvardın xidmətində maraqlıdı. Dortmund təmsilçisi Belçika millisinin üzvü üçün mersisaydlılara 35 milyon avro ödəməyə hazırdı.

 

Cari mövsümdə İngiltərə Premyer Liqasında 32 oyunda meydana çıxan Lukaku, 18 qol və 6 məhsuldar ötürməyə imza atıb.

 

Qeyd edək ki, bir müddətdi "Borussiya"ın əsas hücumçusu Pyer-Emerik Obameyanqın yayda komandanı tərk edəcəyi deyilir.