Prezident Kamran Ağayevin komandasını dovşana bənzətdi
07.05.2015 - 13:09
Prezident Kamran Ağayevin komandasını dovşana bənzətdi

“Komanda qış fasiləsində Superliqaya vəsiqənin təməlini qoymuşdu. Futbolçularımız oyunları ilə buna layiq olduqlarını göstərdilər”. Apasport.az saytının məlumatına görə, bunu “Kayserispor”un prezidenti Bəkir Yıldız deyib.

 

Milli komandamızın qapıçısı Kamran Ağayevin formasını geyindiyi “Kayserispor” Türkiyə PTT I liqasında sona 3 tur qalmış Superliqaya vəsiqəni təmin edib.

 

Klub prezidenti komandasının bu uğurlu çıxışına maraqlı bənzətmə edib: “Yüngül atletikada “dovşan” deyimi var. Qaçış zamanı tempini müəyyənləşdirir və geri çəkilir. “Kayserispor” da 14-cü turdan etibarən önə keçdi və sona qədər zirvədə qaldı. Bizim bu mövsümkü heyətimiz Superliqa oyunçularından qurulmuşdu. Qışda onu daha da gücləndirdik”.

 

Bəkir Yıldız mayın 23-də klubda keçiriləcək prezident seçkiləri zamanı namizədliyini irəli sürməyəcəyini də əlavə edib: “Öz meydanımızda son oyunumuzu “Karşıyaka”ya qarşı keçirəcəyik. Superliqaya vəsiqə qazanmağımızı da həmin görüşdə qeyd edəcəyik, bayram ab-havası yaradacağıq. Bu ay keçiriləcək prezident seçkilərində isə namizəd olmayacam. Məndən bura qədər. Bundan sonrakı prezidentə əlimdən gəldiyi qədər kömək etməkdə davam edəcəm”.