Prezident kapitanlarla görüşür
10.04.2015 - 23:53
Prezident kapitanlarla görüşür

Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan Superliqa klublarının kapitanları ilə görüşəcək. Apasport. az saytı “Habertürk” saytına istinadən xəbər verir ki, görüş bu bazar baş tutacaq.  

 

Çempionatın bir həftə təxirə salınmasından sonra belə tədbirin maraqla gözlənildiyi qeyd olunur.  

 

Görüşə həmçinin, Türkiyə Futbol Federasiyasının prezidenti  Yıldırım Demirören, millinin baş məşqçisi Fatih Terim və digər rəsmi şəxslər qatılacaq.