Prezidentdən Rail Məlikova xəbərdarlıq: Çemodanını toplaya bilər!
24.04.2015 - 09:12
Prezidentdən Rail Məlikova xəbərdarlıq: Çemodanını toplaya bilər!

Daha bir azərbaycanlı futbolçunun mövsüm bitməmiş Türkiyə karyerası başa çata bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Dənizlispor”un müdafiəçisi Rail Məlikovun taleyi “Karşıyaka” ilə bu gün keçiriləcək oyundan asılıdı.

 

Dənizli klubunun prezidenti Hasan Kıbrıslıoğlu bütün futbolçulara son xəbərdarlığını edib. O, “Karşıyaka”ya məğlub olacaqları təqdirdə hamının qovulacağını deyib: “Maliyyə probleminə baxmayaraq, futbolçuların qayğısına qaldıq. Heç olmasa “Karşıyaka” ilə görüşdə və bundan sonrakı matçlarda yaxşı çıxış etsinlər. Artıq bəhanəmiz qalmayıb. “Karşıyaka”ya uduzsaq, futbolçuların hamısı çemodanını toplayıb şəhəri tərk edə bilərlər”.

 

Qeyd edək ki, “Dənizlispor” PTT I liqasında 28 turdan sonra 21 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb və aşağı liqaya yuvarlanmağa ən real namizədlərdən biridi.

0