“Roma”nın futbolçusu Miralem Pyaniç PSJ-nin maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, fransızlar bosniyalı yarımmüdafiəçi üçün 50 milyon avro ödəməyə hazırdı.
Bundan əlavə parislilər “Roma”ya iki futbolçu və üstəlik 15 milyon avro da verməyi təklif ediblər.
Bu oyunçular isə Luka Din və Adriyen Rabyodu. Hazırda icarə qaydası ilə “canavarlar”ın şərəfini qoruyan Din klubun əsas oyunçularındandı. Cari birincilikdə A seriyasında 24 oyuna çıxan və 2 qol vurub, iki də məhsuldar ötürmə verməyi bacaran Dinin transfer qiyməti 16 milyon avro dəyərində nəzərdə tutulub.
Qeyd edək ki, bu mövsüm İtaliya çempionatında 25 matça çıxan Pyaniç 9 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
- Yasin Kol və Göktuğ Hazar Erel məhkəməyə göndərildi
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu