“Pari Sen-Jermen” klubu “Real Madrid”in argentinalı futbolçusu Anxel Di Maria üçün rekord təklif irəli sürməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Fransa klubu yarımmüdafiəçi üçün 80 milyon vermək istəyir.
İki klub arasında danışıqlar müsbət başa çatsa, Di Maria “Real Madrid” tarixinə ən baha qiymətə satılan futbolçu kimi keçəcək. İndiyə qədər ən baha satılan futbolçu Məsud Özil olub. “Arsenal” Özilə görə “Real”a 50 milyon avro ödəyib.
Qeyd edək ki, Di Marianın başqa kluba keçməsi məsələsi Madrid klubunun Toni Kroos və Xames Rodriqesi transfer etməsindən sonra gündəmə gəlib. Fransa klubu isə bundan əvvəl “Çelsi”də David Luisi 50 milyon avroya alıb.