PSJ-nin mərkəz yarımmüdafiəçisi Marko Verratti karyerasını “Real”da davam etdirə bilər. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, italiyalı futbolçu artıq bu keçidə razılıq verib.
Əslində “Real”ın əsas hədəfi “Yuventus”lu Pol Poqbadı. Lakin fransız oyunçunun məhz PSJ ilə anlaşdığı bildirilir. “Real”ın son təklifini qəbul etməyən Poqba məsələsində fransızlar “Yuventus”un da razılığını alıblar. Bu keçid reallaşarsa, Verrattinin də “Real”a transferi sürətlənəcək. Verrattinin meneceri Mino Rayola da 23 yaşlı yarımmüdafiəçinin “kral klubu” ilə ilkin anlaşma əldə etdiyini gizlətməyib.
Qeyd edək ki, Marko Verratti PSJ-yə 2012-ci ildə “Peskara”dan keçib.