PSJ-nin futbolçusu İtaliyaya qayıdır
08.05.2015 - 08:09
Çempionlar Liqasında finalın bir addımlığında olan “Yuventus” yayda heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytının məlumatına görə, Turin klubu PSJ-nin argentinalı hücumçusu Xavyer Pastoreyə təklif göndərib.
Parislilər bu keçidin baş tutmasına qarşı deyillər. Ancaq bunun üçün “Yuventus” Pol Poqbanın PSJ-yə keçidinə mane olmamalıdı. Hələ ki, “qoca sinyora” qarşı tərəfin bu şərtinə cavab verməyib.
Qeyd edək ki, PSJ-yə 2011-ci ildə "Palermo"dan keçən Pastore Liqa-1-in cari mövsümündə 28 oyunda 5 qola imza atıb.
0
0