“Bastiya” klubunun futbolçusu Brandau PSJ-nin yarımmüdafiəçisi Tyaqo Mottanı vurduğu üçün 1 aylıq həbs olunub. Apasport.az saytının məlumatına görə, bu haqda Fransa mətbuatı xəbər verib.
Belə ki, Liqa 1-də Paris klubunun 0:2 hesabı ilə qalib gəldiyi matçdan sonra meydan sahiblərinin hücumçusu Mottaya yaxınlaşıb ona başla zərbə endirib. Güclü zərbə nəticəsində Tyaqonun burunu sınıb.
Xoşagəlməz hadisədən sonra İntizam Komitəsi Brandaunu 6 aylıq müddətinə futboldan uzaqlaşdırmışdı.
Bundan başqa, braziliyalı hücumçu 20 min avro məbləğində cərimə ödəyəcək.
İdda edilir ki, “Bastiya”nın forvardı cəzasını ictimai işlərə dəyişmək istəyir. 34 yaşlı futbolçunun vəkili artıq bildirib ki, Brandau məhkəmənin qərarına görə Apelyasiyaya vermək niyyətində deyil.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı