PSJ “Borussiya”nın futbolçusunu istəyir
15.06.2015 - 22:47
PSJ “Borussiya”nın futbolçusunu istəyir

Dortmund “Borussiya”sının futbolçusu Pyer-Emerik Aubemeyanq PSJ-nin maraq dairəsinə düşüb. Apasport.az saytının “France Football”a istinadən məlumatına görə, Qabon yığmasının hücumçusunun transfer qiyməti təxminən 25 milyon avro miqdarında dəyərləndirilir.

 

Qeyd edək ki, 25 yaşlı futbolçu Dortmund klubuna 2013-cü ildə “Sent Etyen”dən 13 milyon avro qarşılğında keçib.

 

Xatırladaq ki, Aubemeyanq bu mövsüm Almaniya Bundesliqasında çıxdığı 33 oyunda 16 qol vurub, 6 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.