PSJ “Çelsi” ilə oyuna qara sarğıda çıxacaq
10.03.2015 - 21:37
Sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında səfərdə “Çelsi” ilə üz-üzə gələcək PSJ meydana qara sarğı ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, buna 3 fransız idmançı və 8 nəfərin vertolyotda qəzaya uğrayıb, dünasını dəyişməsi səbəb olub.
Londonun “Stemford Bridc” stadionunda baş tutacaq oyunda ölənlərin ruhu anılacaq.
Qeyd edək ki, ilk matçda qalib müəyyənləşməyib - 1:1. Cavab qarşılaşması isə sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
0
0