Fransanın “Pari Sen-Jermen” klubu “Çelsi”nin havbeki Eden Azarı almaq ideyasından əl çəkmir. Apasport.az saytının məlumatına görə, Paris klubu oyunçunun özünə ildə 15 milyon avro ödəməyə hazırdır.
Məlumata görə, hələ Çempionlar Liqasının 1/4 final matçından öncə PSJ-nin rəsmiləri Qətərdə “Çelsi” nümayəndələri ilə görüşüblər. Paris klubu dünya çempionatından sonra londonlulara Azarın müqabilində 75 milyon avro təklif etməyə hazırlaşır. Futbolçuya isə ildə 15 milyon avro məvaciblə 5 illik müqavilə təklif olunacaq.
Qeyd edək ki, bundan əvvəl parislilərin “Çelsi”yə ilkin olaraq 60 milyon avro təklif etdiyi barədə məlumat verilirdi.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu