PSJ braziliyalısı ilə müqaviləni yenilədi
28.02.2014 - 20:46
PSJ braziliyalısı ilə müqaviləni yenilədi

PSJ təcrübəli müdafiəçisi Maksvell (Maksvell Şerrer Kabelino Andrade) ilə müqaviləni yeniləyib. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

 

Belə ki, Paris təmsilçisi 32 yaşlı futbolçusu ilə cari mövsümün sonunda başa çatacaq sözləşməni daha 1 il uzadıb. Bununla da, o, 2015-ci ilə qədər komandasına xidmət edəcək.

 

Qeyd edək ki, Braziliya millisinin üzvü 2012-ci ildə İspaniyanın “Barselona” klubundan  PSJ-yə keçib.