PSJ də Dembele ilə danışıqlara başladı
28.12.2015 - 18:22
PSJ də Dembele ilə danışıqlara başladı

Fransanın PSJ klubu heyətinə yeni futbolçu qatmaq niyyətindədi. Apasport.az saytı xəbər verir ki, parislilər “Çempionşip”də çıxış edən “Fulhem”in hücumçusu Mussa Dembele ilə danışıqlara start veriblər.

 

Liqa-1 təmsilçisi nəyin bahasına olursa-olsun, 19 yaşlı forvardı transfer etməyi düşünür. Ancaq bunun üçün PSJ rəqabətdən qalib ayrılmalıdı. Belə ki, sözügedən futbolçu ilə “Everton”, “Tottenhem”, “Mançester Yunayted”, “Bavariya” və “Napoli” klubları da Dembelenin xidmətində maraqlıdı.

 

Qeyd edək ki, 2013-cü ildən “Fuhem”in formasını geyinən Dembele 40 oyunda 12 qola imza atıb.