Pulsuz oyun
28.02.2014 - 16:22
Pulsuz oyun

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Moldova ilə yoxlama oyununa girişin qiyməti məlum olub. Apasport.az saytının xəbərinə görə, martın 5-də Tiraspolda baş tutacaq qarşılaşmanı izləmək üçün pul ödəməyə ehtiyac olmayacaq.

 

Belə ki, “Şerif” İdman Kompleksində keçiriləcək görüş zamanı arenaya giriş sərbəst olacaq. Bu pulsuz oyun rəqiblər arasında 8-ci görüşdür. 2 qələbə və 2 heç-heçəsi olan millimiz 3 dəfə uduzub. Top fərqində də rəqibimiz öndədir – 9:6.