“Barselona”nın əfsanəvi kapitanı Karles Puyol karyerasını bərpa edə bilər. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, 37 yaşlı sabiq müdafiəçi ilə ABŞ klubu maraqlanır.
Puyol ailəsi ilə məsləhətləşdikdən sonra yekun qərarını açıqlayacağını vurğulayıb: “Mənimlə MLS klubu maraqlanır? Bu əla olar. Lakin ilk növbədə bunu ailəmlə birlikdə müzakirə etməliyəm. Görək nələr olacaq. Tezliklə yenilik ola bilər”.
Qeyd edək ki, futbolçu karyerası ərzində yalnız “Barselona”nın formasını geyinmiş Karles Puyol 1999-2014-cü illər ərzində Kataloniya klubunda 600-ə yaxın oyun keçirib.