[b]Qalin İvanov: “Xəzər Lənkəran”la müqaviləm başa çatıb[/b]
30.12.2014 - 10:19
[b]Qalin İvanov: “Xəzər Lənkəran”la müqaviləm başa çatıb[/b]

“Ludoqorets” və “Levski”dən təklif almağım doğrudu. Ancaq onlardan da yaxşı təklif var. Sadəcə, qərarımı hələ verməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”dan ayrılan Qalin İvanov deyib.

 

Hazırda klub axtarışında olan bolqarıstanlı futbolçu gələcək karyerası haqda danışıb.

 

O, ən sərfəli təklifə “hə” deyəcəyini bildirib: “Tələsik qərar qəbul etmək istəmirəm. Buna görə də, gözləyirəm. Bayramdan sonra qərarımı verəcəm. Ola bilsin, daha bir neçə təklif gəlsin. Ən sərfəli təklifi qəbul edəcəm”.

 

İvanov söhbət əsnasında “Xəzər Lənkəran” haqda da fikirlərini bölüşüb. O, “ağ-yaşıllar”ın azarkeşlərini tərifləyib: “Xəzər Lənkəran”da özümü pis tərəfdən göstərmədim. Əfsuslar olsun ki, bu komandada uzun müddət qalası olmadım. “Xəzər Lənkəran”ın azarkeşləri məni valeh etdi. Bu klubun böyük azarkeş ordusu, fan-klubları var”.

 

Təcrübəli futbolçunun “Xəzər Lənkəran”la mövsümün sonuna qədər müqaviləsinin olduğu bildirilsə də, İvanov bunu təkzib edib: “Mənim “Xəzər Lənkəran”la sözləşməmin müddəti başa çatıb. Hazırda azad agent statusu daşıyıram”.