[b]Qara Qarayev: Azərbaycan yığması yeni komandadı[/b]
17.11.2014 - 00:02
[b]Qara Qarayev: Azərbaycan yığması yeni komandadı[/b]

“Fikirimcә, biz daha yaxşı oynadıq. Sadәcә,standart vәziyyәtlәrdәn fәrqlәnәn Norveç yığması başla qol vurdu. Ani bir diqqәtsizlik mәğlubiyytәtimizә sәbәb oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Qara Qarayev deyib.

 

“Qarabağ”ın oyunçusu AVRO-2016-nın seçmə mərhələsinin IV turunda Norveçə 0:1 hesabı ilə məğlubiyyəti şərh edib: “Baş məşqçi dəyişikliyindən sonra ilk matçımız idi. Mәncә, biz hәlә yeni komandayıq. Bu da oyuna öz tәsirini göstәrdi. Növbәti görüşlərdə bundan daha yaxşı olacağına inanıram. Mәğlubiyyәtә gorә üzüldük. Yәni, özümüzə haqq qazandırmırıq ki, baş mәqsçi dəyişikliyi oldu deyә, biz uduzduq. Mәğlubiyyәt varsa, biz deyә bilmәrik ki, yaxşı elәdik, super oynadıq. Bu, yanlışlıq olar. Xal qazna bilmәdik vә artıq Norveçlә oyun bitdi. Qarşıda bizim oyunlarımız var. Onlardan qalib ayrırlamağa çalışacağıq”.