Qara Qarayev Xorvatiyada qol vurub
15.10.2014 - 09:53
Xorvatiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız yerli “Novigrad” klubunun U-19 komandası ilə qarşılaşıb.
Komandamız bu görüşdə 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Qara Qarayev və Nicat Süleymanov vurub.
Mənbə: affa.az
0
0