Qaret Beyl “Bavariya”ya keçir?
03.05.2015 - 14:30
Qaret Beyl “Bavariya”ya keçir?

“Real”ın uelsli hücumçusu Qaret Beyl mövsümün sonunda iş yerini Almaniyaya dəyişə bilər. Apasport.az saytının məlumatına görə, bu bərədə nüfuzlu “Daily Mail” nəşri iddia irəli sürüb.

 

İddiaya görə ulduz futbolçu uğrunda “Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi” də mübarizə aparır.

 

Xatırladaq ki, hazırda Beylin qiyməti təxminən 75 milyon funt-sterlinq ətrafında dəyərləndirilir.