Sabah Topaz Premyer Liqasında XXIX turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qarşılaşmalardan üçü eyni saatda start götürəcək.
Çempionatın lideri “Qarabağ” qızıl medala nəzəri şanslarını da itirən AZAL-ı sınağa çəkəcək. Cari mövsümdə 3 dəfə rəqibini məğlub edən Qurban Qurbanovun yetirmələri qalib gəlsə, avrokuboklara vəsiqəni rəsmiləşdirə bilər. Amma bunun üçün “Qəbələ” xal itirməlidi. Son iki turda xala həsrət qalan AZAL isə Avropa Liqası uğrunda mübarizədən qopmamaq üçün lideri məğlub etməlidi.
Çempionatın autsayderləri Sumqayıtda üz-üzə gələcək. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan eyniadlı komanda ilə “Bakı” münasibətlərini aydınlaşdıracaq. Cari mövsümdə rəqibini məğlub edə bilməyən sonuncular 17 oyunluq qələbəsizliyə son vermək əzmindədi. 2015-ci ildə qalib gəlməyən meydan sahibləri də 11 matçdır 3 xal üzünə həsrətdi.
Lənkəranda keçiriləcək “Böyük oyun” isə əvvəlki kimi turun mərkəzi oyunu təsiri bağışlamır. Çempionluğa nəzəri şansları qalsa da, əsasən gümüş üçün mübarizə aparan “Neftçi” qarşılaşmanın favoriti sayılır. Daha çox gənclərə güvənən “Xəzər Lənkəran” son iki ev oyununda olduğu kimi prinsipial rəqibi ilə görüşdə də qalib gəlmək arzusundadı. Bakılılar 8 ildir qalib gəlmədiyi Lənkəranı 3 xalla tərk etsə, 2-ci pilləyə yüksələcək. Buna səbəb “İnter”in turda istirahət etməsidi.
Günün mərkəzi qarşılaşması Qəbələdə baş tutacaq. 4-cü yer uğrunda mübarizə aparan eyniadlı komanda “Simurq”u sınağa çəkəcək. Ardıcıl 5 qələbə qazanan “Qəbələ” ötən tur ələ keçirdiyi mövqeyini qorumağa çalışacaq. Zaqatala təmsilçisi son iki dueldə məğlub etdiyi rəqibini növbəti dəfə büdrətmək əzmindədi. Azərbaycan kubokunun 1/4 final mərhələsində də görüşən komandalar mövsümdə 6-cı dəfə qarşılaşacaq. “Qəbələ” kubokdakı məğlubiyyətin də əvəzini sabahkı görüşdə çıxmaq üçün mübarizə aparacaq.
XXIX tur
9 aprel (cümə axşamı)
17:00. “Qarabağ” – AZAL
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov
İlk 3 dövrədəki oyunlar: 3:0, 2:1, 1:0
“Bakcell Arena”
17:00. “Sumqayıt” – “Bakı”
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev
İlk 3 dövrədəki oyunlar: 2:1, 1:1, 0:0
“Kapital Bank Arena”
17:00. “Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
İlk 3 dövrədəki oyunlar: 0:1, 2:2, 0:2
“Xəzər Lənkəran” mərkəzi stadionu
19:00. “Qəbələ” – “Simurq”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov
İlk 3 dövrədəki oyunlar: 2:1, 2:3, 0:2
Qəbələ şəhər stadionu
|
1 |
Qarabağ |
25 |
16 |
6 |
3 |
40-21 |
54 |
|
2 |
İnter |
25 |
12 |
11 |
2 |
40-12 |
47 |
|
3 |
Neftçi |
25 |
13 |
6 |
6 |
30-18 |
45 |
|
4 |
Qəbələ |
25 |
10 |
7 |
8 |
34-32 |
37 |
|
5 |
Simurq |
25 |
10 |
5 |
10 |
35-27 |
35 |
|
6 |
AZAL |
25 |
8 |
7 |
10 |
27-35 |
31 |
|
7 |
Xəzər L |
25 |
7 |
5 |
13 |
30-38 |
26 |
|
8 |
Sumqayıt |
24 |
4 |
7 |
13 |
23-36 |
19 |
|
9 |
Bakı |
25 |
2 |
6 |
17 |
16-56 |
12 |
Bombardirlər: Draqan Çeran ("Simurq"), Nurlan Novruzov ("Bakı") - 12 qol