Qonzalo İquayn Madridə dönür
16.05.2015 - 01:00
“Napoli”nin argentinalı hücumçusu Qonzalo İquayn yenidən İspaniyaya qayıda bilər. Apasport.az saytının ispan mətbuatına istinadən məlumatına görə, futbolçu ilə Madridin “Atletiko” klubu ciddi maraqlanır.
“Hindular”ın baş məşqçisi Dieqo Simeonenin də sərəncamında görmək istədiyi ulduz futbolçu “Monako”ya getmək ehtimalı yaranmış Mario Mandzukiç üçün əla əvəzləyici ola bilər.
0
0