“Maraqlı və qollu bir qarşılaşmanın şahidi olduq. Çox düşünməyi tələb edən bir oyun idi”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Topaz Premyer Liqasının XII turunun açılış matçında “Qarabağ” səfərdə “Bakı” üzərində 4:2 hesablı qələbə qazanıb. Oyundan sonra Ağdam təmsilçisinin çalışdırıcısı düşüncələrini bölüşüb: “Birinci hissədə müdafiədə çox səhv etdik. Bunun üzərində işləməliyik. Daha diqqətli olmalıyıq. İkinci hissədə toparlanıb, daha yaxşı oynadıq, qələbə qazandıq. “Bakı” topla çox yaxşı oynayan komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram”.
Mənbə: pfl.az
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı