Qurban Qurbanov: Əsl kubok oyunu oldu
12.03.2014 - 16:57
Qurban Qurbanov: Əsl kubok oyunu oldu

“Reynaldo ilə Rəşad Sadıqovun Qəbələdə oynamamağı kubokla müqayisədə çempionata üstünlük verməyimizlə bağlı deyil. Hər iki futbolçumuz zədə üzündən matçı buraxdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

42 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə səfər oyununu şərh edib. Qurbanov qolsuz heç-heçədən razı qalıb: “Düşünürəm ki, əsl kubok oyunu oldu. Səfər matçı üçün 0:0 hesabı pis deyil. Hər şey cavab oyununda həll olunacaq. Güclü məşqçinin güclü komandasına qarşı oyandıq. Komandalar ehtiyatlı futbola üstünlük verdilər”.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları martın 19-da keçiriləcək.