Qurban Qurbanov: Problemləri hiss etdirməməyə çalışdıq
09.04.2015 - 18:41
Topaz Premyer Liqasının XXIX turunda lider “Qarabağ” AZAL üzərində çətin qələbə qazanıb. Apasport.az saytı PFL-ə istinadən xəbər verir ki, oyundan sonrakı açıqlamasında ağdamlıların baş məşqçisi Qurban Qurbanov yenidən problemlərdən danışıb.
Sıx qrafikdə oynadıqlarını etiraf edən Qurbanov, oyunun əhəmiyyətindən bəhs edib: “Bilirdik ki, AZAL qarşılaşmaya yaxşı hazırlaşacaq. Ona görə də, rəqibdən ehtiyat edirdik. Problemləri hiss etdirməməyə çalışdıq”.
Qeyd edək ki, “Qarabağ” “təyyarəçilər”i 2:1 hesabı ilə məğlub edərək, zirvədəki yerini bir qədər də möhkəmləndirib.
0
0