Qurban Qurbanov rəqibini qabaqlayacaq
03.11.2015 - 20:34
Qurban Qurbanov rəqibini qabaqlayacaq

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Monako” oyunu öncəsi baş məşqçilərin məbuat konfranslarının vaxtları bəlli olub. Apasport.az saytının məlumatına görə, jurnalistlər önünə ilk olaraq “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov çıxacaq.

 

O, sabah saat 16:30-da media nümayəndələrinin suallarını cavablandıracaq.

 

Rəqib komandanın baş məşqçisi Leonardo Jardim isə jurnalistlərlə saat 17:15-də görüşəcək.

 

Qeyd edək ki, hər iki görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.