Qvardiola “Çelsi”nin müdafiəçisini istəyir
23.04.2015 - 12:54
“Bavariya” mövsümün sonunda müdafiə xəttini gücləndirmək fikrindədi. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, Münhen klubu “Çelsi”nin oyunçusu Branislav İvanoviçə “elçi düşüb”.
İvanoviçin universal futbolçu olması “Bavariya”nın baş məşqçisi Pep Qvardiolanın diqqətini çəkir. Almanlar yaxın günlərdə bununla bağlı qarşı tərəfə təklif göndərməyə hazırlaşır. “Bavariya” ilk görüş zamanı “Çelsi”yə 17 milyon avro təklif edəcək. Ancaq hər şey 31 yaşlı futbolçunun qərarından asılıdı.
Qeyd edək ki, İvanoviç 2008-ci ildən “Çelsi”də çıxış edir.
0
0