Qvardiola Noyeri ehtiyatda saxlayacaq
14.03.2015 - 00:32
Qvardiola Noyeri ehtiyatda saxlayacaq

“Bavariya”nın qapıçısı Manuel Noyer də Almaniya Bundesliqasının XXV turunda "Verder"ə qarşı matçda forma geyinməyəcək. Apasport.az saytının məlumatına görə, bu haqda Münhen klubunun baş məşqçisi Xosep Qvardiola bildirib.

 

İspaniyalı mütəxəssis “musiqiçilər”lə görüşdə qolkiperə istirahət verəcək. Onun yerinə isə qapıda  Pepe Reynanın duracağı gözlənilir.

 

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq oyunda "Bavariya"nın 2 aparıcı futbolçusu - Aryen Robben və Frank Riberi də zədə səbəbindən qarşılaşmanı buraxacaq.