Qvardioladan həbsdəki klub prezidentinə böyük dəstək
19.03.2014 - 00:58
Qvardioladan həbsdəki klub prezidentinə böyük dəstək

 

 

“Bavariya” futbol klubunun baş məşqçisi Xosep Qvardiola klubun keçmiş prezidenti Uli Henessi dəstəkləyib. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis komandanı tərk etməyəcəyini vurğulayıb.

 

Qvardiola bildirib ki, Heness qayıdana qədər “Bavariya”da qalmaq istəyir: “Kluba maksimum xeyir vermək istəyirəm. Burada daha 2-3 il işləmək niyyətindəyəm. Amma ən böyük arzum Henessin azad edildiyi gün burada olmaqdır. Onsuz hazırkı “Bavariya” olmazdı”.

 

Qeyd edək ki, Qvardiolanın klubla müqaviləsi 2016-cı ilin yayında başa çatır. 3,5 il həbs cəzası alan Henessin isə 2017-ci ilin payızında azad ediləcəyi gözlənilir.

 

 

0