Radamel Falkao “Çelsi”də!
14.06.2015 - 11:46
Radamel Falkao “Çelsi”də!

“Monako”nun hücumçusu Radamel Falkao karyerasını yenidən İngiltərədə davam etdirəcək. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, kolumbiyalı forvard “Çelsi” ilə anlaşıb. 

 

Ötən mövsümü icarə əsasında “Mançester Yunayted”də keçirən Falkao uğursuz çıxış edincə, “qırmızı şeytanlar” onu transfer etməkdən imtina ediblər. Əvəzində “Çelsi” bu keçid üçün “Monako”nun razılığını alıb.

 

Transferin londonlulara hansı qiymətə başa gəldiyi barədə hələlik məlumat verilməyib. Amma Falkaonun yeni klubunda həftəlik məvacibinin 130 min funt-sterlinq olacağı qeyd edilib.