Radamel Falkao gənclər komandasına göndərildi
11.03.2015 - 01:27
Radamel Falkao gənclər komandasına göndərildi

“Mançester Yunayted”in hücumçusu Radamel Falkao “qırmızı şeytanlar”ın U-21 komandasına göndərilib. Apasport.az saytının məlumatına görə, kolumbiyalı futbolçu “Tottenhem”in gənclər komandası ilə oyun üçün heyətə daxil edilib.

 

Falkaodan başqa, qapıçı Viktor Valdes və müdafiəçi Rafael də U-21-də forma geyinəcək.

 

Qeyd edək ki, cari mövsümün əvvəlində Fransa “Monako”sundan “Mançester Yunayted”ə 7,60 milyon avroya keçən Radamel 17 matçda meydana çıxıb. O, rəqib qapılarından 4 top keçirib.