“Həm birinci, həm də bu oyunda xeyli sayda qol vəziyyəti yaratdıq. Ancaq bunların qarşılığında cəmi bir qol vura bildik. Halbuki hesab başqa cür olmalı idi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Napoli” klubunun baş məşqçisi Rafael Benites deyib.
Avropa Liqasının yarımfinal mərhələsində dünən “Dnepr”lə cavab oyununa çıxan “Napoli” 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Bununla bağlı fikirlərini bölüşən neapolluların çalışdırıcısı Benites maraqlı fikirlər səsləndirib. O həm ilk görüşdə, həm də cavab matçında ukraynalıların qolunun qaydalar çərçivəsində vurulmadığını bildirib: “Qonsalo İquainin tənqid olunması normaldı. Çünki hücumçudu və hamı ondan qol gözləyir. Ancaq biz komanda olaraq, qələbə qazanırıb və məğlub oluruq. “Dnepr”in vurduğu qolda qayda pozsuntusu var idi. Seleznyov Britosun formasından dartmışdı. Elə ilk görüşdə vurduqları qol da sayılmamalı idi. Nə etmək olar? Nəticəni dəyişə bilmərik. “Dnepr” finala adladı, biz isə yox”.