Rahid Əmirquliyev: Milliyə yerli məşqçi gəlməlidi
17.10.2014 - 11:25
Rahid Əmirquliyev: Milliyə yerli məşqçi gəlməlidi

“Əgər AFFA Berti Foqtsu postundan göndəribsə, deməli, bu, düzgün qərardı. 6 il ərzində uğur qazana bilmədi, getməli idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

 

Foqtsun Azərbaycan millisindən gedişinə münasibət bildirən Əmirquliyevin fikrincə, yığmaya yerli məşqçi gəlsə, daha yaxşı olar: “Artıq Foqts baş məşqçimiz deyil. Onun haqqında uzun danışmaq istəmirəm. Bundan sonra milliyə yerli mütəxəssisin başçılıq etməsini istəyərəm. Çünki ancaq azərbaycanlı məşqçilər bizim mentalitetimizi və futbolumuzu yaxşı bilir”.

0