Millimizin Norveçlə keçirdiyi oyun Rahid Əmirquliyev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi AVRO-2016-nın seçmə mərhələsinin IV turunda 0:1 hesabı ilə uduzduğumuz qarşılaşmada yığmamızın heyətində 40-cı matçına çıxıb.
“Xəzər Lənkəran”ın üzvü meydana start heyətdə çıxıb və 90 dəqiqə mübarizə aparıb. O, 2007-ci il martın 3-də Şımkentdə Özbəkistanla baş tutan qarşılaşmada ilk dəfə milli forması geyib. Həmin vaxtdan ötən 7 il 8 ay müddətində Rahid 39 oyun keçirib. Yarımmüdafiəçinin hesabında 1 qol var.
Qeyd edək ki, 25 yaşlı futbolçu yığmada ən azı 40 matç keçirən 25-ci oyunçu olub. Bunadək 24 futbolçu bunu bacarıb. Onlar arasında rekordçu isə hesabında 94 oyun olan Rəşad Sadıqovdu.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı