Rahim Sterlinq “Mançester Siti” tarixinə düşdü
04.11.2015 - 00:31
UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Sevilya” – “Mançester Siti” oyunu Rahim Sterlinq üçün tarixi əhəmiyyətli olub. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın 8-ci dəqiqəsində hesabı açan hücumçu “Mançester Siti”nin heyətində qitənin ən nüfuzlu klub turnirində qol vurmuş ikinci ingilis futbolçu kimi tarixə düşüb.
Belə ki, “şəhərlilər”in bu zamana kimi vurduğu 52 qoldan 49-na xarici futbolçular imza atıb. Digər iki qolu isə hazırda “Liverpul”da çıxış edən Ceyms Milner rəqib qapılarından keçirib.
0
0